Modern.az

Türkiyədə seçki günü hava necə olacaq? - PROQNOZ

Türkiyədə seçki günü hava necə olacaq? - PROQNOZ

Dünya

27 Mart 2024, 16:52

Türkiyədə seçki gününün hava proqnozu açıqlanıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyə seçkilərinin keçiriləcəyi 31 mart günündə hava şəraitinin necə olacağını Türkiyənin Baş Meteorologiya İdarəsinin Təhlil və Proqnozlar şöbəsinin müdiri Şahin Şahbaz proqnozlaşdırıb.

 

Onun sözlərinə görə, seçki günü ölkə ərazisində havanın az buludlu və açıq olacağı gözlənilir:

 

“Hazırda ötən həftədən yağan yağışın təsiri altındayıq. Yağış ölkənin şərq bölgələrində yağmağa davam edir və bu gündən etibarən dayanacaq. Sabah Mərmərə bölgəsi, İç Anadolunun şimalı və Qərbi Qara dəniz regionunda yağış davam edəcək.

 

Seçki günü ölkə ərazisində hava şəraitinin az buludlu, yağmursuz keçəcəyini gözləyirik. Ölkənin daxili rayonlarında arabir yağış yağacağını, lakin ümumilikdə ölkə ərazisində havanın dəyişkən buludlu olacağını deyə bilərik”.

 

Şahbaz bildirib ki, seçki günü Ankara, İstanbul və İzmirdə hava şəraitinin az buludlu olacağı, günortadan sonra isə dəyişkən buludlu olacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?