Modern.az

Ədliyyə Nazirliyinin baş idarə rəisi: "Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı artıb"

Ədliyyə Nazirliyinin baş idarə rəisi: "Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı artıb"

Ölkə

29 Aprel 2010, 12:22

“Azərbaycanda son illər qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı xeyli artıb və bu, narahatlıq doğuran ciddi məsələdir”. Modern.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov bildirib. İ.Məmmədovun sözlərinə görə, təkcə 2009-cu ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 15 min olub.

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi bildirib ki, ötən il qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı ölkədəki ümumi doğumun 20 faizini təşkil edib ki, bu da böyük rəqəmdir. Milli Məclisin Sosial siyasət komitəsinin aprelin 29-da keçirilən ailə və nikah məsələsi ilə bağlı iclasında iştirak edən İ.Məmmədov deyib ki, qeyri-rəsmi nikahlar məsələsi ilə bağlı ciddi tədbirlər görülməlidir.

Qeyri-rəsmi nikahların hüquqi qüvvəsi olmadığı kimi, bu cür izdivacdan doğulan uşaqların da atasının müəyyən edilməsi problemləri olur. Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir