Modern.az

Milyonerin vəsiyyəti uşaqlarını şoka saldı

Milyonerin vəsiyyəti uşaqlarını şoka saldı

29 Aprel 2010, 13:12

Keçən il Avstraliyada ölən sosialist milyoner Valmai Roçenin üzə çıxan vəsiyyəti mərhumun uşaqlarını şoka salıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “əmlak imperatoru” olan mərhum qadının üç qızına yalnız 1,5 milyon dollar miras buraxdığı ortaya çıxıb. Mərhum vəsiyyətnaməsində yazıb ki, onun övladları birləşərək nənələrini öldürmək istəyiblər. V.Roçhen uşaqlarına buraxdığı mirasdan xeyli çox-3,5 milyon dollarlıq var-dövlətini Katolik Yardım Birliyinə bağışladığı vəsiyyət edib. 81 yaşında ölən qadının qızları vəsiyyətə ciddi reaksiya veriblər. Varis qızlar Deborah, Fiona və Şauna iddia qaldıraraq bildiriblər ki, analarının ruhi sağlamlığı yerində olmayıb. Onlar bununla bütün varidata sahib çıxmaq istəyirlər. İddianın nəticələrinin gələn ay açıqlanacağı bildirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir