Modern.az

Paşinyanın reytinqi kəskin şəkildə aşağı DÜŞÜB

Paşinyanın reytinqi kəskin şəkildə aşağı DÜŞÜB

Dünya

30 Mart 2024, 18:40

Ermənistan daxilində aparılan müxtəlif sorğuların və canlı təmasların nəticələri ölkə hakimiyyətini məyus edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

 

Qeyd olunur ki, Ermənistanın baş naziri Paşinyan uzun müddətdir, ya şəxsən kəndlərə baş çəkir və yerli sakinlərlə ünsiyyət qurur, ya da komanda yoldaşlarını ora göndərir. Səfərlərin məqsədi ictimai əhval-ruhiyyəyəni və xalq arasında reytinqi öyrənməkdir.

 

“İnsanlarla canlı təmaslar, yumşaq desək, hakimiyyəti dərin məyus etdi, çünki onlar reytinqlərinin çox kəskin şəkildə düşdüyünü açıq şəkildə gördülər”, - məqalədə qeyd olunur.

 

Bildirilir ki, reytinq aşağı düşdüyü üçün Ermənistan hakimiyyəti növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikirlərini dəyişə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?