Türkiyədə ötən gün baş tutan bələdiyyə seçkilərində istifadə olunan bülletenlərin, demək olar ki, hamısı sayılıb.
Modern.az.xəbər verir ki, ilkin nəticələrə görə CHP 37.74 faiz səslə seçkilərin qalibidir.
Hakim AK partiya 35.49 faiz səslə seçkilərdə ikinci yeri tutub.
Səsvermənin sürpriz partiyası isə Yenidən Rifah Partiyası olub. İslamçı siyasi qüvvələr 6 faizdən çox səs toplayaraq üçüncü yeri tutub.
DEM partiya 5.68 faiz, MHPZ 4.98 faiz, İYİ partiya 3.77 faiz, digər partiyalar ümumilikdə 5.9 faiz səs qazanıb.
***
00:48
Türkiyədə ölkə üzrə bülletenlərin 75.88 faizdən çoxu sayılıb.
Modern.az xəbər verir ki, ilkin nəticələrə görə, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) öndə gedir.
Partiyalar üzrə nəticələr aşağıdakı kimidir:
Ədalət və İnkişaf Partiyası (AKP) - 36.12 faiz
Cümhuriyyət Xalq Partiyası (CHP) - 37.15 faiz
DEM partiya - 5.8 faiz
Yenidən Rifah Partiyası - 5.83 faiz
İYİ partiya - 3.62 faiz
Milliyətçi Hərəkat Partiyası (MHP) - 4.57 faiz
Digər partiyalar - 6.73 faiz
***
22:53
Türkiyədə ölkə üzrə bülletenlərin 51 faizdən çoxu sayılıb.
Modern.az xəbər verir ki, ilkin nəticələrə görə, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) öndə gedir.
Partiyalar üzrə nəticələr aşağıdakı kimidir:
Ədalət və İnkişaf Partiyası (AKP) - 36.85 faiz
Cümhuriyyət Xalq Partiyası (CHP) - 37.89 faiz
DEM partiya - 5.87 faiz
Yenidən Rifah Partiyası - 5.28 faiz
İYİ partiya - 3.31 faiz
Milliyətçi Hərəkat Partiyası (MHP) - 3.77 faiz
Digər partiyalar - 6.89 faiz
***
21:29
Türkiyədə ölkə üzrə bülletenlərin 28 faizdən çoxu sayılıb.
Modern.az xəbər verir ki, ilkin nəticələrə görə, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) öndə gedir.
Partiyalar üzrə nəticələr aşağıdakı kimidir:
Ədalət və İnkişaf Partiyası (AKP) - 37.6 faiz
Cümhuriyyət Xalq Partiyası (CHP) - 39.04 faiz
DEM partiya - 5.57 faiz
Yenidən Rifah Partiyası - 4.51 faiz
İYİ partiya - 3.18 faiz
Milliyətçi Hərəkat Partiyası (MHP) - 3.14 faiz
Digər partiyalar - 6.84 faiz
***
20:21
Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı qadağalar aradan qaldırılıb.
Modern.az xəbər verir ki, hazırda ölkə üzrə bülletenlərin 11.32 faizi sayılıb.
İlkin nəticələrə görə, hakim Ədalət və İnkişaf partiyası ölkə üzrə 38.82, Cümhuriyyət Xalq Partiyası 34.04 , Milliyətçi Hərəkat Partiyası 3.96, DEM partiya 6.26, İYİ partiya 4.21, Yenidən Rifah Partiyası isə 5.43 faiz səs toplayıb.
Seçici aktivliyi 75.17 faiz olub.