REAL partiyası Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri üçün namizədlərini müəyyən etməyə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat verib.
O qeyd edib ki, partiyanın Siyasi Komitəsi partiyadaxili seçimin birinci mərhələsində 16 nəfərin namizədliyini ilkin olaraq təsdiqləyib.
Partiya sədri namizədlərin sayının artacağını bildirib.
Qeyd edək ki, Azərbaycanda sonuncu parlament seçkiləri 2020-ci ildə keçirilib. Növbəti seçkilərin 2024-cü ildə keçiriləcəyi bildirilir. Bu barədə hələlik rəsmi məlumat verilməyib.