Modern.az

SSRİ dövründən qalma mina partladı - 9 nəfər öldü

SSRİ dövründən qalma mina partladı - 9 nəfər öldü

Dünya

1 Aprel 2024, 14:33

Əfqanıstanın cənub-şərqində yerləşən Qəzni vilayətində köhnə mina partlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 9 uşaq həyatını itirib.

 

Vilayətin informasiya və mədəniyyət idarəsinin rəhbəri Həmidullah Nisar bildirib ki, uşaqlar mina ətrafında oyun oynayarkən hadisə baş verib.

 

Minanın SSRİ işğalı dövründən qaldığı bildirilir.

 

Həlak olan beş oğlan və dörd qız 5-10 yaşlarında olduğu qeyd olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?