Modern.az

0.31 faiz səs alan Babacanın seçkidən əvvəl CHP barədə dedikləri: Xəyal görürsünüz?

0.31 faiz səs alan Babacanın seçkidən əvvəl CHP barədə dedikləri: Xəyal görürsünüz?

Dünya

2 Aprel 2024, 09:26

Türkiyədə martın 31-də keçirilən yerli seçkilərin nəticələri ilə bağlı müzakirələr davam edir.

 

Modern.az xəbər verir ki, ölkənin sabiq XİN başçısı, iqtisadiyyat üzrə dövlət naziri və baş nazirin müavini olmuş siyasətçi, hazırda AKP-dən qopmuş Demokratiya və Təşəbbüskarlıq Partiyasının (DEVA) sədri olan Ali Babacanın 2023-cü ilin avqust ayında qatıldığı proqramda Cümhuriyyət Xalq Partiyası (CHP) ilə bağlı dediyi sözlər yenidən gündəm olub.

 

Proqramda Babacan CHP-nin ittifaqsız girəcəyi təqdirdə yerli seçkilərdə heç bir uğur qazana bilməyəcəyini müdafiə edib:

 

"CHP-nin bu gün Türkiyə daxilində hər hansı seçkiyə təkbaşına girib qalib gəlməsi mümkündürmü? Xəyal görürsünüz? Elə bir ölkədirmi? Bu, təkcə birlikdə əldə edilə bilər. Bu həqiqəti görməlidirlər. Yaxşı, yerli seçkilər gəlir. İstanbulda, Ankarada öz namizədimizlə çıxacağıq və qalib gələcəyik".

 

Qeyd edək ki, bələdiyyə seçkilərinin nəticələrinə görə, CHP 37 faizdən çox səs alaraq birinci partiya olsa da, DEVA cəmi 0.31 faiz səs alıb və 81 vilayətdən heç birində çoxluq əldə edə bilməyib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?