Modern.az

İstanbul Böyükşəhər Bələdiyyə Məclisində partiyaların qazandığı YERLƏR

İstanbul Böyükşəhər Bələdiyyə Məclisində partiyaların qazandığı YERLƏR

Dünya

2 Aprel 2024, 10:56

31 martda keçirilmiş yerli seçkilərin nəticələrinə əsasən, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin tərkibi bəlli olub.

 

Modern.az xəbər verir ki, bu barədə İstanbul meri Ekrem İmamoğlunun müşaviri Murat Onqun X səhifəsində məlumat verib.

 

Belə ki, Cümhuriyyət Xalq Partiyası (CHP) 184, Ədalət və İnkişaf Partiyası (AKP) 130, Milliyyətçi Hərəkat Partiyası (MHP) isə 2 yerlə Bələdiyyə Məclisində təmsil olunacaq.

 

"İstanbul üçün xeyirli olsun", - deyə Onqun vurğulayıb.

 

Qeyd edək ki, Türkiyədə qanunvericiliyə əsasən, böyükşəhər statusuna malik olan vilayətlərdə Bələdiyyə Məclisinin tərkibi partiyaların vilayətin rayonlarında qazandığı bələdiyyələrə əsasən formalaşır.

Bu xəbər ilə bağlı
Türkiyədə bələdiyyə məclisləri: Necə formalaşır və hansı səlahiyyətləri var...
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?