Gürcüstan uşaqlıq boynu xərçənginin yeni skrininq modelinə keçir.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Hr-HPV DNT testi pulsuz pap-testinə əlavə edilib.
Bu, iki növ insan papillomavirusunun genetik materialının bədəndə olub-olmadığını müəyyən edə bilən xüsusi bir testdir. Layihə Tifilis bələdiyyəsinin dəstəyi ilə həyata keçirilir.
Yeni modelə görə, 25-29 yaş arası qadınlar pap-testindən, 30-60 yaş da daxil olmaqla Hr-HPV DNT testindən keçirlər.
Gürcüstanda hər il 200-ə yaxın qadın uşaqlıq boynu xərçəngindən ölür. 2017-ci ildən Gürcüstanda 9-14 yaşlı qızlar üçün papilloma virusuna qarşı pulsuz peyvənd etmək mümkündür.