Modern.az

“Biz müharibəyə hazırlaşırıq!” - Lukaşenkodan şok AÇIQLAMA

“Biz müharibəyə hazırlaşırıq!” - Lukaşenkodan şok AÇIQLAMA

Dünya

2 Aprel 2024, 15:17

"Belarus istəməsə də, müharibəyə hazırlaşır".

Modern.az “Belta”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
 

“Heç kimə inanmayın ki, biz müharibə etmək istəyirik, biz müharibəyə hazırlaşırıq, bu barədə səmimi deyirəm. Əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bunu mən icad etməmişəm, amma bu çox düzgün deyilib”, - Belarus lideri bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə müvafiq bölmələrin zəruri təlimləri keçirilir, qoşunlara silah və texnika verilir.

“Xaricdə kimsə qışqırırsa və bizi tənqid edirsə, bilin ki, biz düzgün iş görürük. Əgər orada bizi tərifləməyə başlasalar, bu, fəlakətdir”, - Belarus rəhbəri deyib.

Dövlət başçısı vurğulayıb ki, Belarus heç kimi təhdid etmir.

“Bizə kimisə hədələmək lazım deyil. Biz başqasının torpağını istəmirik”, - Lukaşenko bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?