Türkiyənin Van vilayətində Böyükşəhər Bələdiyyəsinin sədrliyi ən çox səs toplayan ikinci partiyanın (AKP) namizədinə verilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb ən çox səs toplayan birinci partiyanın (DEM Partiya) namizədi Abdullah Zeydanın bir sıra hüquqlarının Ədliyyə Nazirliyinin müraciəti əsasında məhkəmə tərəfindən məhdudlaşdırılması olub.
Türkcədə "memnu haklar" adlandırılan bu hüquqlara şəxsin cinayət qanunvericiliyindən kənar qanunlar əsasında cinayət məsuliyyətinə cəlb edilməsinə görə məhrum olduğu hüquqlar aiddir.
DEM Partiya seçkilərdə Vanda böyükşəhər bələdiyyəsini və 13 rayon bələdiyyəsinin hamısını əldə etmişdi.
Van vilayət seçki komissiyası məhkəmənin qərarından sonra böyükşəhər bələdiyyəsinin ən çox səs toplayan ikinci şəxs - AKP-nin namizədi Abdülahat Arvasa verilməsinə qərar verib.