Modern.az

 “Yalnız o adamlar Rusiyaya gələ bilərlər” - Putin şərtləri açıqladı

 “Yalnız o adamlar Rusiyaya gələ bilərlər” - Putin şərtləri açıqladı

Dünya

2 Aprel 2024, 17:27

“Ölkəmizin adət-ənənələrinə hörmət edənlər gəlib Rusiyada yaşaya bilərlər”.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında deyib. Bununla da Putin miqrasiya siyasətinin yeni prinsipini təklif edib.

"Yalnız bizim adət-ənənələrimizə, dilimizə, mədəniyyətimizə və tariximizə hörmət edənlər yaşamaq və işləmək üçün Rusiyaya gələ bilər", - deyə Putin təklif etdiyi yanaşmanın arxasında duran ideyanı açıqlayıb.

Rusiya prezidenti qanunsuz miqrasiyanın qarşısının alınmasını ölkənin Daxili İşlər Nazirliyinin prioritetlərindən biri adlandırıb.

Eyni zamanda Putin vurğulayıb ki, “Crocus”da törədilmiş terror aktı fonunda Rusiya cəmiyyətdə  ksenofobiya və islamofobiyanın böyüməsinin qarşısını almaq lazımdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?