Modern.az

BDU-nun diplomları Türkiyədə niyə tanınmır?

BDU-nun diplomları Türkiyədə niyə tanınmır?

29 Aprel 2010, 14:49

Aprelin 29-da Bakı Dövlət Universitetinin akt zalında BDU-nun və Qafqaz Universitetinin bigə təşkilatçılığı ilə “Hüquq elminin müasir problemləri” mövzüsundə 2-ci Beynəlxalq Elmi –Praktik Konfrans keçirilib. Bu konfransa qonşu ölkələrdən  200-ə yaxın qonaqlar gəlib. Modern.az xəbər verir ki, tədbirdə ilk olaraq çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, bəşəriyyət formalaşandan hüquq elmi yaranıb.

Rektor deyib ki, BDU-da 18 min tələbə oxuyur, onun 1500  xarci tələbələrdir. “Xüsüsilə Türkiyədən burada oxuyan tələbələr təhsilini başa vurduqdan sonra ölkələrinə getdikdə onların diplomlarını tanımırlar. Bunun üçun Türkiyə ilə birgə toplantılar keçirilməlidir”.

A.Məhərrəmovun sözlərinə görə, Azərbaycan 3 ölkə ilə diplomların qarşılıqlı tanınması ilə bağlı danışıqlar aparır. O, konfransda iştirak etmək üçün Bakıda olan Türkiyə, İran və Rusiya ölkələrindən gələn alimlər qarşısında bu məsələnin qaldırılacağını deyib: “Mən inanıram ki, biz bu danışıqların əməli bəhrəsini görəcəyik. Çünki burada Türkiyədən və İrandan çoxsaylı tələbələr təhsil alır. Lakin onlar diplomla öz ölkələrinə qayıdanda, diplomlar tanınmır”. Tədbirdə “Qafqaz” Universitetinin rektoru Əhməd Saniç, Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov, təhsil nazirin muavini İradə Hüseynava, Türkiyənin Azərbaycandakı səfiri Hülsi Kılıc çıxış ediblər.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü