Modern.az

Köçəryan siyasətdən gedib?

Köçəryan siyasətdən gedib?

Dünya

3 Aprel 2024, 09:21

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın siyasətdən getdiyi iddia olunur. 

Onun uzun müddətdir ki, Avropada – Almaniyada olduğu bildirilir.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumata görə, Köçəryan yanvarın sonunda Avropaya gedib. Onun hətta Putinə təbrik mətubunu da oradan yazdığı qeyd olunur.

Tərəfdarları və yoldaşları isə onun aktiv siyasətdən getmədiyini, komandadaxili prosesləri idarə etdiyini bildirməyə çalışırlar.

Parlamentin “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan jurnalistin sualına liderləri ilə sonuncu dəfə nə vaxt görüşdüklərini və nəyi müzakirə etdiklərini cavab verə bilməyib.

Robert Köçəryan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin başçılarından biri olub. O, Xocalı qətliamının təşkilatçılarındandır. 9 aprel 1998-ci ildən 9 aprel 2008-ci ilə kimi Ermənistan Respublikasının prezidenti olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?