Modern.az

"Rusiyada Putinin bunkerindən başqa təhlükəsiz yer qalmayıb"

Dünya

3 Aprel 2024, 17:44

"Ukraynanın apardığı müdafiə müharibəsi o demək deyil ki, hərbi əməliyyatlar yalnız onun ərazisində gedəcək".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin rəsmisi Yusov bildirib.

 

Hərbi kəşfiyyat nümayəndəsi qeyd edib ki, Rusiya Federasiyasında "Putinin bunkerindən başqa" təhlükəsiz yer qalmayıb.

 

"Və su, hava və quruda, düşmən xəttinin dərinliklərində hərəkətlər davam edəcək. Bunlar Ukrayna tərəfinin müdafiə hərəkətləridir. Üstəlik, Putin Rusiya Federasiyasının ərazisini getdikcə daha çox müharibəyə sürükləyir, nəzarət etmir, vəziyyəti qoruya bilmir”, - o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?