Modern.az

İlin ikinci yarısında ciddi qiymət artımları gözlənilir

İlin ikinci yarısında ciddi qiymət artımları gözlənilir

29 Aprel 2010, 17:01

Vüqar Bayramov: “baş verəcək bahalaşma   iyun ayında əməkhaqqı və pensiyaların artımının gözlənilməsi ilə bağlıdır”

Ölkənin istehlak bazarında qiymət artımları  baş verməkdədir. Ən pisi isə bu artımların davamlı olacağının  istisna edilməməsidir. Belə ki, ilin sonuna doğru bahalaşma sürətlənəcək. Yeri gəlmişkən, rəsmi proqnozlara görə  2010-cu ildə Azərbaycanda orta illik inflyasiya 6-7% , orta illik inflyasiya isə 3%  təşkil edəcək. Ekspertlər isə bahalaşmanın daha yüklü  rəqəmlərlə ifadə olunacağını deyirlər.
İ qtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov  ilin ikinci yarısında Azərbaycanda ciddi qiymət artımlarının gözlənildiyini deyir. Bunun səbəblərinə toxunan ekspert bildirir ki, dünya neft bazarında bahalaşma müşahidə edilir: “Neftin dünya bazar qiymətinin artması nəticəsində  neft sektorundan büdcəyə ödənilən vergilərin həcmində artımlar var. Bu isə büdcənin gəlirlər və xərclər hissəsinin artımına səbəb ola bilər. Eləcə də  neftin qiymətinin artması ölkəyə gətirilən məhsulların qiymətinin artmasına - idxal inflyasiyasının  yaranmasına gətirib çıxaracaq. Baxmayaraq indiki qiymət idxal inflyasiyasının kəskin artmasına səbəb olmayıb. Çünki1 barel neftin qiymətinin 80 dollar  intervalında  olması  dünya bazarında istehsal olunan  məhsulların qiymətinə ciddi təsir etmir.Yox, əgər dünya bazarında “qara qızıl”ın qiymətində azalmalar baş verməzsə və artımlar davam edərsə bu, ölkəyə gətirilən bir sıra məhsulların bahalaşmasına gətirib çıxaracaq”.  

V.Bayramovun sözlərinə görə, neftin dünya bazar qiymətinin artmasının yalnız iqtisadi deyil psixoloji təsirləri də var: ”Dünya  bazarında istehsal olunan məhsullar artan kimi  ölkəyə gətirilən məhsulların qiymətində artımlar müşahidə olunur.Bu daha çox o məhsullarla bağlı baş verir ki, həmin məhsullar  inhisarçı qurumlar tərəfindən ölkəyə gətirilir. Digər  məqam bu ilin ikinci yarısında baş verəcək bahalaşma   iyun ayında əməkhaqqı və pensiyaların artımının gözlənilməsi ilə bağlıdır.Azərbaycanda adətən müşahidə edilən tendensiya ondan ibarətdir ki, əməkhaqqı və pensiya artımı baş verən zaman istehlak bazarında   bahalaşma prosesi gedir. Qiymət artımları bir sıra halladra əməkhaqqı və pensiyalar artırılmamışdan qabaq olur”.  

Mütəxəssis deyir ki, iyul ayından başlayaraq istehlak bazarında bir sıra məhsulların, eləcə də ərzağın qiymətində artımlar müşahidə ediləcək: “Neftin qiymətinin artması dövlət büdcəsinə yenidən baxılmasını gündəmə gətirir. Əgər may ayında büdcəyə yenidən baxılarsa və büdcəyə əlavə, dəyişikliklər olunarsa, büdcə vasitəsi ilə maliyyələşdirilən investisiya layihələrinə vəsait ayrılması barədə qərar qəbul edilərsə,  bu pul dövriyyəsinin şişməsinə, nəticədə bahalaşmaya səbəb olacaq”.
Məlum olur ki, kənd təsərrüfatı məhsullarının qiyməti əvvləki illə müqayisədə yüksək olacaq: ”Bu  fermerlərin vaxtında subsidiyaları ala bilməmələrindən irəli gəlir. Yaranmış vəziyyət əkinlə bağlı müəyyən problemlər yaratdı . Belə ki, əkin sahələri və məhsul istehsalı azaldı. Bu sektorda paytaxt bazarlarına çıxışla bağlı maneələr qalmaqdadır. Güman edilir ki, həmin kənd təsərrüfatı sektorunda inhisarın qalması, bir sıra məhsulları üzrə əkin sahələrinin azalması, iqlim faktoru kənd təsərrüfarı məhsullarında bahalaşması  ilə nəticələnəcək.  
 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir