Modern.az

Litva Ukrayna üçün 3 min PUA alacaq, ordusuna 15 milyon avro verəcək

Litva Ukrayna üçün 3 min PUA alacaq, ordusuna 15 milyon avro verəcək

5 Aprel 2024, 16:46

Litva Ukrayna üçün 3000 pilotsuz təyyarə alacaq və Ukrayna ordusunun reabilitasiyası üçün 15 milyon avro ayıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

Litvanın baş naziri İnqrida Simonyte ukraynalı həmkarı Denis Şmıqal ilə görüşündən sonra Litvanın pilotsuz təyyarələrin alınması üçün 2 milyon avro ayıracağını qeyd edib.

 

O əlavə edib ki, ölkə Ukrayna üçün sursat almaq üçün Çexiya təşəbbüsünə də 35 milyon avro ayırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?