Modern.az

Andreasyan Fransanın milli təhsil və gənclər naziri ilə görüşüb

Andreasyan Fransanın milli təhsil və gənclər naziri ilə görüşüb

Dünya

6 Aprel 2024, 15:55

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Fransanın milli təhsil və gənclər naziri Nikol Belube ilə görüşüb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Andreasyan feysbuk səhifəsində yazıb.

 

“Biz Fransanın milli təhsil və gənclər naziri xanım Nikol Belube ilə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik. Danışıqları davam etdirmək üçün naziri Ermənistana dəvət etdim”, - Andreasyan qeyd edib.

 

Xatırladaq ki, erməni nazir Fransaya səfər edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?