Modern.az

Neft Akademiyasında törədilən terrorun 1 ili

Neft Akademiyasında törədilən terrorun 1 ili

Ölkə

30 Aprel 2010, 09:11

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) II korpusunda törədilən terror hadisəsindən1 il keçir. Hadisə 2009-cu il aprelin 30 səhər saat 09.30-10.00 arasında baş verdi.

Akademiyaya daxil olan Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd sakini, 29 yaşlı Fərda Qədirov “Makarov” tipli tapança binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə atəş açıb. Bu terror nəticəsində 12 nəfər qətlə yetirdilib, 13-nəfər isə yaralanıb. Ölənlər və yaralananlar içərisində akademiyanın müəllimləri, laborantları, tələbələri, qapıçısə və həmin gün yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın olub. Hadisəni törədən Fərda Qədirov sonradan özünü də güllələyərək öldürüb. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan məlum oldu ki, terror aktı törətmiş Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o Sergey Qriqoryan adlı erməni ilə mütamadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona küllü miqdarda pul və silah verilib.

 

Qeyd edək ki, bu yaxınlarda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə başlayıb.

İşlə bağlı 4 nəfər istintaqa cəlb olunub. Təqsirləndirilən şəxslər Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov hadisənin baş verəcəyi barədə əvvəlcədən bilib məlumat verməməkdə ittiham olunurlar.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı