Modern.az

Çin hökuməti ABŞ-a sanksiya tətbiq etdi 

Çin hökuməti ABŞ-a sanksiya tətbiq etdi 

Dünya

11 Aprel 2024, 19:54

Çin hökuməti ABŞ-ın “General Atomics Aeronautical Systems” və “General Dynamics Land Systems” şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

 

Buna səbəb sözügedən şirkətlərin Tayvana silah satması olub.

 

Rəsmi Pekin hesab edir ki, ABŞ-ın sözügedən şirkətləri “Vahid Çin” prinsipini, Çin-ABŞ birgə bəyannamələrini pozaraq, Çinin daxili işlərinə müdaxilə edib, Çinin suverenliyini və ərazi bütövlüyünü pozub.

 

Həmin şirkətlərin Çindəki daşınar və daşınmaz əmlakları, digər vəsaitləri dondurulacaq, rəhbər şəxslərinin Çinə girişinə icazə verilməyəck.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir