Modern.az

Hadi Rəcəblı: “Həyatın hər üzünü görmüşəm” - MÜSAHİBƏ

Hadi Rəcəblı: “Həyatın hər üzünü görmüşəm” - MÜSAHİBƏ

25 Oktyabr 2013, 16:25

Bu gün millət vəkili, siyasi elmlər doktoru, professor, Hadi Rəcəblinin doğum günüdür.  Hadi Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olub.

Modern.az saytı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidən doğum günü ilə bağlı təssüratlarını öyrənib.

- Hadi müəllim, öncə sizi doğum gününüz münasibətilə təbrik edirik.

- Çox sağ olun. Bu gün bir çox yerlərdən mənə təbriklər gəlib. Amma doğma saytımız Modern.az-dan gələn təbrik və xoş sözlər mənim əhvalımı daha da yaxşı etdi.

- Sizi ilk olaraq kim təbrik edib?

- Gecə saat 00:05-i göstərəndə mənə ilk təbriki övladlarım və nəvələrim ünvanladı. Bu da əlbəttə ki, məni çox sevindirdi.  Məni fərəhləndirən əsas təbrik isə sadə adamlardan-əlillərdən, qaçqınlardan gəlib, hətta Milli Məclisin texniki heyətindən tutmuş qapıçısına qədər hər kəsdən  təbrik aldım. Dərs dediyim Dövlət İdarəçilik Akademiyasında tələbələrimin söylədiyi xoş sözlər və təbriklər məni çox sevindirir və ruh yüksəkliyi verir. Bu gün telefonum demək olar ki, bir dəqiqə belə, dayanmayıb.

- Doğum gününüzü necə qeyd edəcəksiniz?

- Ailə üzvlərim və yaxınlarımla birgə bu günü qeyd edəcəyik. Bu, bizdə artıq bir ənənə halına çevrilib. Və bunun çox yaxşı bir ənənə olduğunu düşünürəm. Hər doğum günümdə ötən dövrə qiymət verilir. Əzizlərimdən eşitdiyim xoş sözlər məndə yaşamaq eşqini daha da artırır. Əslində doğum günüm doğmaların və əzizlərin bir yerə toplaşması üçün bir bəhanədir.   

- 66 illik ömür yolu keçibsiniz. Geriyə dönüb baxdığınız zaman yaşadığınız ömrü necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, bu 66 illik ömrün ən çətin, ən ağır sınaqlardan keçən günləri də olub, ən xoşbəxt və sevincli günləri də... Yəni həyat rəngarəng və gözəldir. Həyatda hər şey yolunda getsə, onda həyatın heç bir marağı olmazdı. Mənə qismət olub ki, həyatın bütün üzünü görmüşəm. Bu gün geriyə dönüb baxdığımda dövlətimizin mənə verdiyi qiyməti yüksək qiymətləndirirəm. “Şöhrət”  ordeni ilə təltif olundum. Və belə bir vəzifə mənə etibar olunub. Düşünürəm ki, bunlar mənim  66 yaşında keçdiyim həyat yoluna verilən dəyərdi. Bu gün jurnalistlərin məni yada salmaları həmkarlarımın verdiyi qiymət və hörmətin əlamətidir.  

- Hadi müəllim, 66 il ərzində ən yadda qalan doğum gününüz barədə...

- 60 yaşımı yubiley yaşı olaraq daha təmtəraqlı qeyd eləmişik. Həmin tədbirdə ailə üzvlərim və yaxın dostlarım iştirak edib. Uşaqlıq dostum Hüseynbala Mirələmovla doğum günlərimizi bir yerdə qeyd eləmişik. Bu məktəbdə bir ənənə halına çevrilmişdi və yaddaqalan, həm də çox gözəl günlər idi.

Pərvin ARZUQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu