Modern.az

ABŞ-dan İrana görə İbrahim Kalına zəng etdilər 

ABŞ-dan İrana görə İbrahim Kalına zəng etdilər 

Dünya

14 Aprel 2024, 20:13

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalına zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

 

Telefon danışığı Ramazan bayramı günlərində baş tutub. Məlumata görə, Börns Kalından İran-İsrail gərginliyində vasitəçi olmasını istəyib.

 

Onlar Qəzzada atəşkəs barədə də fikir mübadiləsi aparıblar.

 

Kalın amerikalı həmkarı ilə söhbətdən sonra HƏMAS-la danışıqlar aparıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?