Modern.az

Daha bir qadın güləşçimiz dünya çempionu oldu

Daha bir qadın güləşçimiz dünya çempionu oldu

25 Sentyabr 2009, 09:40

Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə dünya çempionatınds Azərbaycan güləşçisi Yuliya Ratkeviç (59 kq) yığmamızın hesabına daha bir qızıl medal əlavə edib. Azərbaycan təmsilçisi həlledici görüşdə polşalı rəqibi Aqata Pyetrizik üzərində inamlı qələbə qazanaraq dünya çempionu tituluna sahib çıxıb.
Daha bir qadın güləşçimiz Sona Əhmədli (55 kq) isə qızıl medal uğrunda mübarizədə ikiqat Olimpiya çempionu Saori Yoşidaya müqavimət göstərə bilməyib. Həmyerlimiz mundialın gümüş mükafatı ilə kifayətlənib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir