Modern.az

Nazim İmanov seçkidə namizəd olacaq?

Nazim İmanov seçkidə namizəd olacaq?

Ölkə

30 Aprel 2010, 10:02

Nazim İmanovun adı ictimaiyyətə yaxşı tanışdır. Çoxdandır görünməyən sabiq millət vəkili, iqtisadçı alim əslində itməyib. Şübhəsiz ki, o, doğmaları üçün görünəndir, bir növ zamanın diqtəsinə uyğun olaraq öz işi ilə məşğuldur. Son dövrlər nə ictimaiyyət arasına çıxır, nə də iqtisadçı kimi danışır. Halbuki mətbuat həmişə həm politoloq, həm də iqtisadçı kimi onun maraqlı fikirlərini təqdim etməyə öyrəşmişdi. Yayılan bəzi məlumatlara görə, Milli İstiqlal Partiyasının keçmiş sədr müavini, tanınmış iqtisadçı alim Nazim İmanov qarşıdan gələn parlament seçkilərində namizədliyini verəcək.

Amma onun özü bunu təkzib edib. Bu günlərdə banklarla bağlı tədbirdə iştirak edən

iqtisadçı alim əməkdaşımızla qısa söhbətdə deyib ki, o, nə qarşıdan gələn parlament seçkilərinə qatılacaq, nə də siyasətə qayıdacaq. N.İmanovun sözlərinə görə, hazırda elmi fəaliyyətlə məşğuldur. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır