Modern.az

Gürcüstan paytaxtındakı hava limanı söküləcək - SƏBƏB

Gürcüstan paytaxtındakı hava limanı söküləcək - SƏBƏB

Dünya

25 Aprel 2024, 10:39

Gürcüstanın paytaxtı Tiflisdə yeni hava limanı açıldıqdan sonra mövcud hava limanı bağlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyindən BMG media platformasına məlumat verilib.

 

“Mövcud hava limanının və onun infrastrukturunun yeni investisiya layihəsi kimi Gürcüstan iqtisadiyyatına hansı töhfələr verə biləcəyi ilə bağlı ilkin təsəvvürümüz var, iqtisadi nöqteyi-nəzərdəndir”, - deyə qeyd olunub.

 

Yeni beynəlxalq hava limanı Vaziani hərbi bazasındakı keçmiş aerodromun ərazisində, mövcud olandan 8 km aralıda görünəcək. 2028-ci ilin sonuna kimi açılışı planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?