Modern.az

Xameneidən kitab satıcısına Azərbaycan dili ilə bağlı irad - VİDEO

Xameneidən kitab satıcısına Azərbaycan dili ilə bağlı irad - VİDEO

Dünya

2 May 2024, 11:50

İranın ali lideri Əli Xamenei Təbrizdə yerli kitab satıcısına Azərbaycan dilindən düzgün istifadə edilməməsinə görə irad tutub.

 

Modern.az “haqqin.az”a istinadən xəbər verir ki, hadisə Təbrizdə baş verib. 

 

Sosial şəbəkələrdə yayılan görüntülərdən Xameneinin bir kitaba baxış keçirdiyini görmək mümkündür. Bu zaman “mən” sözünün “men” yazıldığını görən İranın ali lideri deyib: “Burada “mən” olmalıdır. Bütün Təbriz “mən deyir”, burada isə “men” yazılıb. 

 

Kitab satıcısı isə vəziyyəti fars dilinin fonetikasının xüsusiyyətləri ilə izah etməyə çalışsa da, daha sonradan Xamenei ilə razılaşıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir