Modern.az

“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edib

“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edib

Allah rəhmət eləsi̇n

3 May 2024, 10:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollektivinə (ASCO) ağır itki üz verib.

Modern.az xəbər verir ki, ASCO-nun  “Suraxanı” gəmi-muzeyinin ilk kapitanı Qasım Alacov  vəfat edib.

Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub.

O, 1980-ci ildən üzən heyətin sıralarına qoşulub. Daha sonralar ASCO-nun müxtəlif gəmilərində matros, bosman, kapitanın növbə köməkçisi, kapitan vəzifələrində işləyib.

Qasım Alacov həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qalıb.

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi