Modern.az

Rusiya Xarkovu atəşə tutub - Ölən və yaralananlar var

Rusiya Xarkovu atəşə tutub - Ölən və yaralananlar var

Dünya

10 May 2024, 16:57

Rusiya ordusunun Xarkovun sərhədyanı bölgələrini atəşə tutması nəticəsində ölən və yaralananlar var.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” kanalında bildirib.

 

O deyib ki, səhər saatlarından etibarən Buqaevka və Volçansk qəsəbələrinə endirilən zərbələr nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

 

Yaralılardan biri yaşadığı evin dağıntıları altından çıxarılıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat