Modern.az

"Dörd yox, altı kəndi Azərbaycana veririk"

Dünya

11 May 2024, 00:29

Tavuş vilayətində dörd yox, altı kəndi Azərbaycana veririk.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bu gün jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, Paşinyan artıq Tavuşda “qara işlərini” görüb və orada nəyisə dəyişmək çətin olacaq.

 

“Hələ anklavlarla bağlı məsələ var. "Google" xəritələrində anklavlar artır. Gecələr yatırsınız, səhər "Google" xəritələrinə yeni anklav əlavə olunur”, - keçmiş baş nazir bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat