Şimali Atlantika Alyansının (NATO) sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, sammit NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə baş tutacaq.
Proqramın daha sonra açıqlanacağı qeyd olunur.
Bundan əvvəl Qərb KİV-ləri NATO ölkələrinin iyulda keçiriləcək sammitdə Ukraynadakı münaqişəyə birbaşa müdaxilədən imtina ilə bağlı bəyannaməni təsdiqləyəcəyini yazmışdı.