Modern.az

Saxlanılan eks-deputat sərbəst buraxıldı - YENİLƏNİB

Saxlanılan eks-deputat sərbəst buraxıldı - YENİLƏNİB

Dünya

11 May 2024, 14:24

Ermənistanın sorğusu əsasında Rusiyada saxlanılan keçmiş deputat Tiqran Urixanyan sərbəst buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumatda eks-deputatın sərbəst buraxılma səbəbi açıqlanmayıb.

Ermənistanda Tiqran Urixanyanın barəsində vəzifəli şəxs tərəfindən qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ittihamı ilə cinayət işi qaldırılıb.

***

Ermənistan parlamentinin keçmiş deputatı, “Alyans” partiyasının lideri Tiqran Urixanyan Ermənistan tərəfinin tələbi ilə Rusiyada saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Tiqran Urixanyana qarşı Ermənistanın Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb.

Qeyd edilir ki, T.Urixanyan daha əvvəl İrəvan Ağsaqqallar Şurasına seçilmişdi. Sonra onun səlahiyyətlərinə xitam verilib, çünki 2023-cü ilin sentyabrında ona qarşı ölkədə konstitusiya quruluşunun zorakılıqla devrilməsinə çağırış maddəsi ilə cinayət işi açılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat