Modern.az

Əfqanıstanda fəlakət: 153 ölü, 138 yaralı...

Əfqanıstanda fəlakət: 153 ölü, 138 yaralı...

Dünya

11 May 2024, 16:43

Əfqanıstanın şimalında daşqınlar nəticəsində ölənlərin sayı üç əyalətdə 153 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyi şənbə günü bildirib.

Nazirliyin sözçüsü Əbdül Mətin Kani “Reuters” agentliyinə deyib ki, Baqlan, Taxar və Bədəxşan əyalətlərinin şimalında baş verən daşqınlarda ən azı 138 nəfər xəsarət alıb.

Əfqanıstan rəsmiləri 100-dən çox adamın qapalı vəziyyətdə qalması xəbərini aldıqdan sonra mülki şəxslərə yardım etmək üçün helikopterlər göndərib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, çoxlu insan evsiz qalıb, nəqliyyat, su təchizatı və kanalizasiya şəbəkəsi ciddi şəkildə pozulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat