Modern.az

Türkiyə-Yunanıstan münasibətləri: Başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Türkiyə-Yunanıstan münasibətləri: Başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Dünya

11 May 2024, 21:59

Türkiyə və Yunanıstan olaraq münasibətlərimizi, buna bağlı problemləri başqaları və ya üçüncü tərəflərlə deyil, bir-birimizlə müzakirə etməliyik.

 

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun İstanbulda keçirilən Türkiyə-Yunanıstan Media Akademiyası Forumunda çıxışı zamanı ifadə edib.

 

Altun Türkiyə ilə Yunanıstan arasında, ilk növbədə, coğrafi yaxınlıqdan formalaşan qonşuluq münasibətlərinin olduğunu və bu iki ölkənin geosiyasi baxımdan dünyanın ən çətin bölgələrindən birində yerləşdiyini vurğulayıb.

 

Son vaxtlar Türkiyə-Yunanıstan münasibətlərinin mehriban qonşuluq və dialoq əsasında geniş vüsət aldığını qeyd edən idarə rəhbəri qarşılıqlı səmimi səylərin bu iki ölkə ilə yanaşı, regionda, eləcə də dünyada sülhə, sabitliyə və firavanlığa töhfə verəcəyinə inamını ifadə edib.

 

Hazırda beynəlxalq sistemin siyasət və nüfuz baxımından zəif olduğunu deyən Altun belə bir mühitdə bölgəni sabitləşdirəcək güclü və tənzimləyici regional aktorların daha təsirli olmasının vacibliyini vurğulayıb.

 

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin mayın 13-də Türkiyəyə nəzərdə tutulan səfərini xatırladan Altun bunun ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımında mühüm əhəmiyyət kəs etdiyini deyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat