Modern.az

Britaniyadan Ukraynaya rekord HƏRBİ YARDIM

Britaniyadan Ukraynaya rekord HƏRBİ YARDIM

Dünya

12 May 2024, 09:58

Böyük Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Britaniya Müdafiə Nazirliyi X sosial hesabında məlumat yayıb.

 

Dəyəri 0,5 milyard funt-sterlinq olan növbəti hərbi yardım paketinə atıcı silahlar üçün 4 milyon ədəd güllə, 1600-dən çox zərbə və zenit raketləri, 400 nəqliyyat vasitəsi, o cümlədən 162 zirehli maşın daxildir.

 

Bu, müharibə başlayandan Britaniyanın Ukraynaya ayırdığı ən böyük hərbi yardım paketidir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat