Modern.az

İranda istirahət günlərinin sayı artırıldı

İranda istirahət günlərinin sayı artırıldı

Dünya

15 May 2024, 10:57

İran Parlamenti bu gün (15 may) həftənin şənbə gününün qeyri-iş günü olması haqda qərar qəbul edib.

 

Modern.az-ın məlumatına görə, qərar bu gün İran parlamentinin plenar iclasında səsvermə nəticəsində qəbul olunub.

 

Bu qərar İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.

 

Qərarda bildirilir ki, İranın bir sıra orqanları, o cümlədən, hüquq-mühafizə, təhlükəsizlik, xidməti qurumlar, səhiyyə, banklar və idman mərkəzləri istisna olmaqla bütün qurumlar bu qərar çərçivəsində iş saatlarını tənzimləməlidirlər. Qərar 3 ay müddətində qüvvəyə minəcək.

 

Beləliklə, İranda həftənin cümə və şənbə günləri qeyri-iş günləri olacaq.

 

İranda həftənin ilk rəsmi iş günü bazar günü – son iş günü isə cümə axşamı günü olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat