Modern.az

Ukrayna ABŞ silahlarından istifadə məhdudiyyətinin götürülməsini İSTƏYİR

Ukrayna ABŞ silahlarından istifadə məhdudiyyətinin götürülməsini İSTƏYİR

Dünya

15 May 2024, 11:34

Ukrayna Rusiyaya zərbə endirmək üçün Amerika silahlarının istifadəsinə qoyulmuş qadağanı ləğv etmək üçün Ağ Evə təzyiq edir.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

 

Nəşr yazır ki, bir qrup ukraynalı parlamentari bu həftə Vaşinqtondadır və, bu problemin həllində Konqresdən kömək istəyir. Çünki onların fikrincə, qadağa Ukraynanın hərbi hərəkətlərini məhdudlaşdırır.

 

Ukrayna rəsmiləri həftələrlə Rusiya qüvvələrinin Ukrayna sərhədi boyunca cəmləşdiyini, Vaşinqtonun siyasəti ucbatından ABŞ-ın verdiyi silahlardan qabaqlayıcı zərbə endirmək üçün istifadə edə bilmədiklərini izləyiblər.

 

Materialda o da bildirilir ki, Bayden administrasiyası hələlik bu məsələ ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat