Modern.az

Ölkədəki məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq tərbiyə olunur

Ölkədəki məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq tərbiyə olunur

Ölkə

3 May 2010, 19:36

2010-cu ilin əvvəlinə ölkədəki 1635 məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq təlim və tərbiyə alıb. Məktəbəqədər təhsil müəssisələrinin 1115-i körpələr evi-uşaq bağçası, 479-u uşaq bağçası, 36-sı körpələr evi və 5-i kompleks məktəb-uşaq bağçası kimi fəaliyyət göstərir. Modern.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirlib ki, onlardan 1625-i və ya 99,4 faizi ümumi təyinatlı, 10-u sanatoriya və xüsusi təyinatlıdır. Bu müəssisələrdə təlim və tərbiyə alanların 72 faizi şəhər, 28 faizi kənd yerlərinin payına düşür. Ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində hər 100 yerə 87, o cümlədən şəhər yerlərində 84, kənd yerlərində 97 uşaq düşür. Bu müəssisələrin 1015-i və yaxud 62 faizi altıgünlük, 620-si və ya 38 faizi beşgünlük iş rejimi ilə işləyir. Məktəbəqədər təhsil müəssisələrinin 99,5 faizi, o cümlədən şəhər yerlərində 99,4 faizi, kənd yerlərində 99,8 faizi kadrlarla tam təmin olunub. Cari ilin əvvəlinə həmin müəssisələrdə uşaqların təlim və tərbiyəsi ilə məşğul olan 13,5 min pedaqoji işçinin 10,2 min nəfərini və ya 76 faizini tərbiyəçilər təşkil edir, bir tərbiyəçiyə orta hesabla 12 uşaq düşür. Pedaqoji işçilərin hər dörd nəfərindən birinin ali, 65 faizinin orta ixtisas təhsili var. Ali təhsillilərin 90, orta ixtisas təhsillilərin 88 faizi pedaqoji təhsilə malikdir. Pedaqoji işçilərin 77 faizinin iş stajı 10 ildən çoxdur. Son 5 il ərzində ölkədə 6533 yerlik 58 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verildiyi bildirilir. 2009-cu ildə dövlət büdcəsindən məktəbəqədər təhsilə çəkilən xərclər əvvəlki illə müqayisədə 24 faiz, 2005-ci illə müqayisədə isə 3,3 dəfə artıb. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü