Modern.az

Kürdəmirin deputatı: "Vəziyyət deyildiyi qədər də qorxulu deyil"

Kürdəmirin deputatı: "Vəziyyət deyildiyi qədər də qorxulu deyil"

3 May 2010, 20:42

Son günlər havaların yağışlı keçməsi respublikanın bəzi rayonlarında Kürün səviyyəsinin qalxmasına səbəb olub. Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirilib ki, Salyan, Şirvan, Sabirabad, İmişli, Neftçala, Saatlı və Zərdab rayonlarında bəzi ərazilər qrunt və yağış suları ilə dolub. Kürün səviyyəsinin qalxması bu rayonlarda vəziyyəti gərginləşdirib. Mayın 3-də axşam saatlarında ölkə mediası belə bir məlumat yayıb ki, leysan yağışları nəticəsində Kür çayı məcrasından çıxaraq Kürdəmir rayonu ərazisində sahil mühafizə bəndlərini dağıdıb. Nəticədə Kürdəmirin bir sıra kəndlərinin əhalisinin təhlükə qarşısında qaldığı vurğulanıb. Hətta mühafizə bəndlərini dağıdan güclü su axının sürətlə Mollakəndə doğru hərəkət etdiyi, selin qarşıs

ına keçən tikililəri yerlə yeksan etdiyi, 5 evin dağıldığı, 20 evin təcili olaraq boşaldıldığı bildirlib.

 

Modern.az bununla bağlı Milli Məclisin Kürdəmirdən olan deputatı Fərhad Qəribovla əlaqə saxlayıb. Deputat rayondakı son vəziyyətlə bağlı yayılan məlumatın bir qədər şişirdildiyini deyib: “Kürdəmir rayonunda Kür çayı boyunca təhlükəli sahil zolağında iki bənd atılıb. Doğrudan da bəzi kəndlərə yaxın yerlərdə Kürün yaratdığı daşqın birinci bəndi dağıdıb. İkinci bənd dağılmayəb və o daşqının qarşısını alıb. Ancaq onu da qeyd edim ki, yagış belə aramsız yağsa, daha təhlükəli vəziyyət  gözlənilir”.

 

Deputat onu da qeyd edib ki, Kürün daşması ilə əlaqəli olaraq qrunt sularının da səviyyəsi xeyli yüksəlib. O, Kürqırağı kəndlərdə yaşayış evlərinin məhz qrunt suları içində qaldığını deyib. Konkret olaraq Mollakəndə gəlincə, deputat saakinlərin evuakuasiya olunması xəbərini də təkzib edib. F.Qəribovun sözlərinə görə, doğrudan da Mollakənddə bir neçə evin sakinləri köçürülüblər. Amma onlar Kürqırağı ərazidə, birinci və ikinci bəndlər arasında tikilən evlərin sakinləridir. Deputatın sözlərinə görə, əslində həmin zonada ev tikmək qadağan olunduğundan həmin tikililər özbaşına tikililərdir. ”Hələlik vəziyyət o qədər də qorxulu deyil. Hazırda müvafiq qurumların nümayəndələri baş verə biləcək təhlükənin qarşısının alınmasından ötrü qabaqlayıcı tədbirlər həyata keçirirlər. Mən elə indicə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin  və digər əlaqədar təşkilatların nümayəndələrilə əlaqə saxlamışam. Dedilər ki, Mollakənd və digər kəndlərdə Kür çayının daşaraq ikinci bəndi yuması, yaşayış məntəqələrinə istiqamətlənməsi halları yoxdur. Əksinə, Kür çayı boyunca yerləşən rayonlarda ən yaxşı vəziyyət hazırda Kürdəmirdədir”.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir