Modern.az

Sahibkar qadın ölkə prezidenti seçildi

Sahibkar qadın ölkə prezidenti seçildi

Dünya

3 İyun 2024, 09:32

Sahibkar və investor Halla Tomasdottir İslandiyada keçirilən prezident seçkilərində qalib gəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tomasdottir 34,3% səslə yüksək vəzifəyə seçilib. Keçmiş baş nazir Katrin Yakobsdottir 25,2%, dosent Halla Hrund Loqadottir isə 15,5% səslə 2-ci və 3-cü yeri tutublar.

55 yaşlı Halla Tomasdottir prezident postunda iki dörd illik müddətdən sonra yenidən seçilmək istəməyən hazırkı dövlət başçısı Qvıdni Yohannessonu əvəz edəcək.

Tomasdottir avqustun 1-də vəzifəsinin icrasına başlayacaq.

Şimali Atlantikada yerləşən ada dövləti İslandiyanın təxminən 384.000 əhalisi var və qadınların yüksək vəzifələrə seçilməsi ənənəsi uzun müddətdir davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?