Modern.az

Təhsil işçiləri və korrupsiya

Təhsil işçiləri və korrupsiya

4 May 2010, 11:59

“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” nın fəaliyyət planında təhsil sistemində korrupsiyaya qarşı mübarizə məqsədilə təhsil müəssisələrində idarəetmə mexanizmlərinin, imtahanların aparılmasının təkmilləşdirilməsi və şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, təhsil müəssisələrində şikayətlərə baxılmasının səmərəliliyinin artırılması, müəllimlərin işə qəbulunun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsi kimi tələblər öz əksini tapıb.

Təhsil nazirinin əmri ilə “Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin fəaliyyət planı təsdiq edilib və təhsil idarəetmə orqanları, təhsil müəssisələri rəhbərlərindən fəaliyyət planından irəli gələn vəzifələri yerinə yetirmək tələb olunub.

Korrupsiyaya qarşı Mübarizə Fondunun ölkənin regionlarında həyata keçirdiyi layihələrin və apardığı araşdırmalarının nəticəsində aydın olub ki, təhsil işçiləri arasında “Milli Strategiya” ilə bağlı maarifləndirmə işi və onun icrası lazımi səviyyədə deyil. Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirləri nəzərdə tutan bu sənədin icrasındakı nöqsanların nəticəsidir ki, regionlarda təhsil sistemində korrupsiya halları mövcuddur və bu da əhalinin haqlı narazılıqlarına səbəb olur. 

Ona görə də, Korrupsiyaya qarşı Mübarizə Fondu Təhsil Nazirliyi ilə birlikdə Gəncə və ətraf 11 şəhər və rayonun orta, orta ixtisas və ali təhsil müəssisələrinin rəhbər işçilərinin və nümayəndələrinin iştirakı ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” icrasının vəziyyəti və maarifləndirilməsi məqsədilə Gəncə şəhərində  regional konfrans keçirib. Tədbirin gedişində Korrupsiyaya Qarşı Mübarizə Fondu iştirakçıların müzakirəsinə aşağıdakı təklifləri çıxarıb:

- Regionun təhsil müəssisələrində baş verən korrupsiya halları ilə bağlı olan şikayətlərin qəbul edilməsi üçün Fondun Gəncə nümayəndəliyinin fəaliyyətinin genişləndirilməsi;

- Tədris prosesinin, semestr və buraxılış imtahanlarının mütəmadi monitorinqinin təşkili;     

- Regiondakı şəhər və rayon yerli təhsili idarəetmə orqanlarında və təhsil müəssisələrində daxili nəzarət qurumlarının (işçi qrupların) işinin təşkili və aşkar edilən korrupsiya halları barədə hüquq-mühafizə orqanlarının məlumatlandırılması.

Təkliflər ətrafındakı müzakirələrdə Təhsil Nazirliyinin nümayəndəsi, Gəncə şəhər Təhsil idarəsinin, Gəncə şəhərindəki ali təhsil müəssisələrinin və ətraf rayonlardan iştirak edən orta təhsil müəssisələrinin rəhbərləri  çıxış edərək Milli Strategiyanın icrası üçün bu təkliflərin həyata keçirilməsini zəruri hesab edivlər. Onlar bu istiqamətdə atılacaq addımların səmərə verməsi üçün Korrupsiyaya qarşı Mübarizə Fondu ilə əməkdaşlığın vacib olduğunu vurğulayıb. Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir