Modern.az

Çinin Uyğur muxtariyyəti ilə Gürcüstan arasında aviadaşımalar aparılacaq

Çinin Uyğur muxtariyyəti ilə Gürcüstan arasında aviadaşımalar aparılacaq

Dünya

20 İyun 2024, 12:32

Çinin "SF Airlines" aviaşirkəti iyulun 20-dən etibarən Urumçini Tiflislə birləşdirən yeni beynəlxalq hava yük marşrutu açacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Tiflis hava limanının idarəedici şirkəti "TAV Georgia" məlumat yayıb.

 

Urumçi Çinin qərbindəki Sincan-Uyğur muxtar bölgəsinin paytaxtı və əsas sənaye mərkəzidir.

 

Yeni marşrut üzrə uçuşlar həftədə bir dəfə hər iki istiqamətdə B757 yük təyyarələri ilə həyata keçiriləcək. Avqustun 24-dən tezlik həftədə iki dəfəyə qədər artacaq.

 

Yük daşımalarının proqnozlaşdırılan həcmi dəqiqləşdirilməyib. Yeni marşrutun dəqiq hansı mallara xidmət edəcəyi də bəlli deyil.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?