Modern.az

Keçmiş qubernator azadlıqda

Keçmiş qubernator azadlıqda

Dünya

21 İyun 2024, 10:06

Rusiyanın Kirov vilayətinin keçmiş qubernatoru Nikita Belıx azadlığa buraxılıb.

 

Modern.az "Baza"ya istinadən xəbər verir ki, Belıx 2016-cı ilin iyununda 200 min avro rüşvət alarkən saxlanılıb.

 

2018-ci ildə o, 8 il ciddi rejimli koloniyaya, həmçinin 50 milyon rubla yaxın cəriməyə məhkum edilib.

 

Bu gün eks-qubernator cəzasını başa vurduqdan sonra azadlığa buraxılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?