Modern.az

Helikopter qəzası - 4 nəfər öldü

Helikopter qəzası - 4 nəfər öldü

Dünya

21 İyun 2024, 10:32

Rusiyanın Amur vilayətində "Robinson" R-66 helikopteri qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin Şərq İstintaq İdarəsi məlumat yayıb.

 

Məlumata görə, helikopterin göyərtəsində pilot və üç sərnişin olub. Helikopter Amur vilayətinin Tındinski rayonundakı Djeltulak istiqamətində havaya qalxıb. Lakin o, təyin olunmuş yerə gəlməyib. Axtarışlar nəticəsində onun qəzaya uğradığı yer tapılıb.

 

"İnterfaks"ın fövqəladə hallar xidmətinə istinadən verdiyi məlumata görə,  helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan hər kəs ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?