Modern.az

Putin Azərbaycandakı səfiri təltif etdi 

Putin Azərbaycandakı səfiri təltif etdi 

Dünya

22 İyun 2024, 21:52

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Azərbaycandakı səfir Mixail Yevdokimovu "Aleksandr Nevski" ordeni ilə təltif edib.

 

Modern.az xəbər verir ki, bu barədə Putin fərman imzalayıb.

 

Səfir Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsinə verdiyi böyük töhfə və uzun illər vicdanlı diplomatik xidmətinə görə təltif olunub.

 

Qeyd edək ki, Yevdokimov 2023-cü il iyunun 14-də Azərbaycana səfir təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?