Modern.az

Dərbənddə döyüşlər gedir - VİDEO

Dərbənddə döyüşlər gedir - VİDEO

Dünya

23 İyun 2024, 22:40

Dərbənd şəhərində silahlı toqquşma başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Bildirilir ki, küçələrdə hərbi texnikaya rast gəlinib.

 

“Hazırda Dərbənddə terror aktları törədən yaraqlılar “Xəyal” restoranının yaxınlığındakı binalardan birində yerləşiblər. Xüsusi təyinatlıların əməkdaşları ərazini mühasirəyə alaraq yaraqlıların qarşısını kəsiblər”, - “İnterfaks” hüquq-mühafizə orqanlarına istinadən bildirir.

 

“Dağıstanın səsi” kanalı Lenin küçəsində, 3 saylı məktəbin ərazisində atışma səslərinin eşidildiyini bildirib. SHOT isə qeyd edir ki, şəhərin mərkəzi meydanında pulemyot atəşi eşidilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?