Modern.az

Ermənistan XİN Rusiyaya başsağlığı verdi

Ermənistan XİN Rusiyaya başsağlığı verdi

Dünya

24 İyun 2024, 14:40

Ermənistan Xarici İşlər Nazirliyi Dağıstanda baş verən terror aktları ilə bağlı Rusiya tərəfinə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi X səhifəsində paylaşım edilib.

 

"Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz terrorizmi bütün təzahürlərində qəti şəkildə pisləyirik", - paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, dünən axşam saatlarında Dərbənddə yerləşən kilsə və sinaqoqa terror hücumları olub. Ölən və yaralananlar var.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?