Modern.az

Qonşularımıza qarşı ərazi iddiamız yoxdur - Erməni spiker

Qonşularımıza qarşı ərazi iddiamız yoxdur - Erməni spiker

Dünya

27 İyun 2024, 10:52

"Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir".

 

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Latviyaya səfəri zamanı Rus.LSM-ə bildirib.

 

"Uzunmüddətli sülhün bərqərar olması üçün dəstəyə ehtiyacımız var. Qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur", - o qeyd edib.

 

"Bu işdə həm Latviyanın, həm də digər Avropa tərəfdaşlarının köməyinə ehtiyacımız var. Biz Latviya və Aİ üzvlərinin dəyərlərini paylaşırıq, ona görə də Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün bizə dəstəyə ehtiyac var”, - Simonyan söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat