Modern.az

Rusiya və İran yaxın vaxtlarda yeni müqavilə imzalaya bilər

Rusiya və İran yaxın vaxtlarda yeni müqavilə imzalaya bilər

Dünya

27 İyun 2024, 11:38

Moskva və Tehran yaxın vaxtlarda Rusiya qazının tədarükü üçün müqavilə imzalamağa hazırdır.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Qazprom” və İran Milli Qaz Şirkəti Rusiya Federasiyasından İrana qaz nəqlinin təşkilinin inkişafı üzrə Strateji Memorandum imzalayıblar.

 

İranın neft naziri Cavad Oudci bildirib ki, ölkənin infrastrukturu tezliklə Rusiya qazını qəbul etməyə hazır olacaq.

 

“Birgə memorandumun imzalanması iki ölkə arasında münasibətlərin dərinləşməsi yolunda böyük addım və regionun iqtisadi inkişafı üçün təsirli tədbirdir”, - "Tasnim" agentliyi İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxberin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sitat gətirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat