Modern.az

Antalyada meşə yanğını BAŞLADI

Antalyada meşə yanğını BAŞLADI

Dünya

7 İyul 2024, 17:28

Antalyada meşə yanğını başlayıb.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Aksu rayonunda Murtuna məhəlləsi yaxınlarında çıxan yanğının səbəbi bilinmir.

 

Küləyin təsiri ilə yanğın qısa müddətdə tarlalara, meyvə bağlarına və bölgədəki meşəyə yayılıb.

 

Yanğına 3 helikopter, 2 təyyarə, 4 yanğınsöndürmə maşını ilə müdaxilə edilir.

 

İlkin məlumata görə, 2 prefabrik evə, 8 tarlaya, bəzı zeytin və üzüm bağlarına ziyan dəyib.

 

Yanğınsöndürənlər yanğının nəzarət altına alınmasına çalışırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?